"İranın Azərbaycana təsir etmək imkanları məhdudlaşıb" - Sərdar Cəlaloğlu

16:09 13 İyun 2023

"İranla Azərbaycan arasında münasibətlərin nizama salınmasının obyektiv şərtləri hələlik yetişməyib".

Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, hazırda İran bir tərəfdən Əfqanıstanla münaqişəyə daxil olub, bir tərəfdən Türkiyədəki seçkilər İranın gözləntilərinə zidd nəticələr verdi, bir tərəfdən isə Rusiya İranın Zəngəzurda açdığı konsulluğun yanında öz konsulluğunu açıb: "Bununla da faktiki olaraq İranın Azərbaycana təsir imkanları məhdudlaşıb. Ona görə də formal olaraq Azərbaycanla münasibətləri yoluna qoymaq istəyir".

S. Cəlaloğlu qeyd edib ki, eyni zamanda Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşmə perspektivlərinin getdikcə aktuallaşdığını görüb narahat olurlar: "Buna görə də Azərbaycanla münasibətləri gərgin olaraq saxlayırlar. İran Azərbaycandan nə sülh, nə də müharibə istəyir. Ortaq, qeyri-müəyyən münasibətlərin olmasında maraqlıdır".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti