Deputat Vüqar Bayramovdan müharibə veteranlarına verilən təqaüdlə bağlı MÜHÜM TƏKLİF

18:20 13 İyun 2023

"Qarabağ veteranlarının və qazilərinin sosial təminatının gücləndirilməsi hər zaman diqqət mərkəzində olan məsələlərdəndir. Mütəmadi olaraq Milli Məclisdə təklif edilən məsələlərdən biri də veteranlarımıza ödənilən müavinətin artırılması ilə bağlıdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat, iqtisadçı alim Vüqar Bayramov deyib.

O bildirib ki, qanunvericiliyə əsasən həmin müavinətin məbləği veteranlarımızın kommunal xərclərinin məbləğinə uyğunlaşdırılıb: "Bizim təklifimiz ondan ibarət ki, hər il veteranlarımız üçün kommunal xərclərin dəyəri hesablansın və həmin xərclərin dəyərindəki dəyişikliyə uyğun olaraq həmin məbləğə baxılması, artırılması mümkündür. Bu imkan verir ki, hər il həmin məbləğə baxılsın, kommunal xərclərdə artım varsa, ona uyğun olaraq məbləğib artırılması həyata keçirilsin".

Deputat vurğuladı ki, həm davamlılıq baxımından, həm də iqtisadi baxımdan bu sistemin tətbiqi daha məqsədəuyğundur: "Bu imkan verəcək ki, veteranlarımıza ödənilən məbləğ birbaşa qanunvericilikdə müəyyənləşdirilmiş xərclərə uyğunlaşdırıldığı üçün, hər il dəyişikliyə uyğun artırılması həyata keçirilsin".

Nərgiz,

Sitat.info



Xəbər xətti