"Rusiya ilə Ukrayna ordusunun potensialını müqayisə etsək, Rusiya ordusu insan sayı baxımından öz üstünlüyünü qorumağa çalışır. Ötən əsrin 60-70-ci illərində istehsal olunmuş zirehli texnikadan istifadə edir, köhnə toplardan istifadə edir. Ancaq say baxımından hələ də Rusiya ordusunun hansısa potensialı var. Ukraynanın bu baxımdan potensialı daha yüksəkdir. Müasir silahlar, müasir zirehli texnika, o cümlədən uzaq vuran raketləri var. Bu mənada Rusiya ilə bərabərləşə bilər".
Bu fikirləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.
O bildirib ki, Ukrayna da hazırda çox geniş çevrədə PUA-lardan istifadə edir, hava hücumu həyata keçirir: "Bu gün Ukrayna ordusunda ən vacib amillərdən biri əsgərlərin motivasiyasıdır. Ukrayna ordusu say baxımından daha zəif olmasa da, motivasiya olduğuna görə, geniş hücumda uğurlar ola bilər. Ukrayna hələ geniş əks-hücuma başlamayıb. Əks-hücuma keçəcək 4-5 briqada Qərbdə hazırlanıb, döyüş təlimləri keçmiş briqadalardır. Bəzi istiqamətlərdə də ilkin uğurlara nail olublar".
Məğrur,
Sitat.info