"Rusiyanın Azərbaycana yanaşması bir çox diqqətçəkən məqamlara yönəlib. Bu gün Azərbaycanda çox önəmli bir diplomatın səfir təyinatı təsdiqlənib. Belə ki, Yevdokimov bölgəni yaxşı tanıyan, buranın spesifik xüsusiyyətlərini bilən adamdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
O vurğulayıb ki, Ermənistan Azərbaycandan hər şey oğurlamağa çalışır: "Azərbaycan ekoaktivistlərinin aksiyaları vəziyyətin dəyişməyinə səbəb oldu. İndi bu mənfurlar bizim aktivistlərin aksiya ideyasını oğurlayaraq qondarma mitinqlər edirlər. Nəticədə vəziyyət tragikomik hal alır. Əvvəlcə nəzərə almalıyıq ki, Samvel Babayan və ətrafındakı terrorçu tör-töküntülərin erməni ictimai rəyində vəziyyəti acınacaqlıdır".
T.İsmayılov əlavə edib ki, rasional düşünən ermənilər Samvel Babayanın Vardanyanla əvəzlənməsi cəhdlərini görür: "Çünki Paşinyana yaxın olan indiki qondarma "dövlət naziri" Qurgen Nersisyan Rusiyanı qane etmir. Rusiya Babayanla anlaşaraq ortaya yeni oyunlar atır. Digər tərəfdən, təşkil edilən “mitinqlər” əhəmiyyətsizdir. Azərbaycan öz ərazilərində sərhəd-buraxılış məntəqəsi quraşdırıb. İnsanların normal gediş-gəlişinə hər bir şərait yaradılır. Hansısa “aksiyaların” bizə heç bir əhəmiyyəti yoxdur. Azərbaycan öz haqq işini sonuna qədər müdafiə edəcək".
Siyasi şərhçi qeyd edib ki, Rusiya separatçıları qorumaqla məşğuldur: "Belə görünür ki, yeni səfirin qarşısında daha ciddi tələblər də qoyulub".
Ayna,
Sitat.info