Masallıda arvadını öldürən şəxsə 18 il həbs cəzası verilib

10:45 20 Mart 2022

Masallıda qətl törətməkdə təqsirləndirilən Rövşən Orucova hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Hazırda şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, hadisə 2021-ci il mayın 29-da Masallı rayonu ərazisində qeydə alınıb.

Belə ki, R.Orucov həyat yoldaşı Ruhiyyə Şükürovanı aralarında ailə-məişət zəminində baş veən mübahisə zamanı üzərində olan bıçaqla çoxsaylı zərbələr vuraraq öldürüb.

O, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

R.Orucovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.



Xəbər xətti