Belçikanın Eno əyalətinin Strepi-Brakni rayonunda naməlum şəxs avtomobili insanların üzərinə sürməsi nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb.
SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, məlumatı RTVF telekanalı yayıb.
Bildirilib ki, 7 nəfər ağır yaralanıb, 15 nəfər isə yüngül xəsarət alıb.
Məlumata görə, avtomobildə olan şəxslər saxlanılıblar.