Mərkəzi Bank rəhbərliyi tanınmış iqtisadçılarla görüşdü: Mühüm təkliflər irəli sürülüb...

13:10 19 İyun 2023

Mərkəzi Bankın yeni rəhbərliyi son 6 ayda 2-ci dəfə müstəqil iqtisadçılarla görüşdü. Hər ikisində iştirak etdiyim bu görüşlərlə bağlı bəzi qeydlərimi yazmağa ehtiyac duydum. İlk görüşdə hesabatlılıq və şəffaflğı artırmaq üçün bir neçə təklif vermişdim".

Bu sözləri Sitat.info-ya açıqlamasında Rövşən Ağayev deyib. 

O qeyd edib ki, təkliflərdən biri hər ay manatın əsas ticarət partnyorlarının valyutasının hər biri üzrə real məzənnəsi açıqlanmasıdır: "Bu görüşdən sonrakı 2 ay ərzində Bank bu təklifi reallaşdırdı və hazırda MB-nin saytında 15 aparıcı ticarət tərəfdaşımızın valyutasının manata qarşı real məzənnəsilə bağlı aylıq məlumatları görmək olur".

İqtisadçının digər təklifi ölkənin beynəlxaql invesitisiya mövqeyi açıqlanmasıdır: "MB sədri bu dəfə görüşdə dedi ki, yaxın zamanlarda bu statistika ictimaiyyət üçün açıq olacaq. Bu məlumat bazası ölkənin bütün institusional vahidlərin - ev təsərrüfatlarının, biznes, maliyyə və dövlət idarəetmə sektorunun qeyri-rezidentlərlə qarşılıqlı maliyyə əlaqələrinə dair bütün əməliyyatları görmək mümkün olacaq".

R.Ağayev vurğuladı ki, daha bir təklif tədiyə balansı indiki kimi rüblük, həm də çox gec yox, aylıq və opretiv açıqlanması ilə bağlı olub: "Son görüşdə MB sədri dedi ki, bu statistikanın aylıq açıqlannası istiqamətində hazırlıq işləri görülür və yaxın zamanlarda mümkün olacaq. Növbəti təklifimiz  isə o ildu ki, bütün kommersiya banklarının maliyyə hesabatları daha operiv və eyni standartlar (göstəricilər) üzərindən açıqlansın"

Son görüşdə daha 2 təklif verdim:

1) Türkiyədə Mərkəzi Bankın analitik balansı həftəlik açıqlanır.Bizdə heç olmazsa aylıq, mümkün olmazsa, rüblük açıqlansın.

2) Qiymət sabitliyi MB-nin əsas mandatıdır. Amma müstəqil araşdırmaçılar hazırda inflaysiyanın hesabkanaması ilə bağlı metodologiyaya dair süualları və əndişələri var. Bu məsələləri MB-nin mütəxəssiləri ilə ayrıca müzakirə etmək istəyirlər.

Hər 2 təkllif müsbət qarşılandı. Güman ki, belə bir müzakirə olacaq".

İqtisadçı hesab edir ki, bütün hallarda mərləzi dövlət qurumlarının müstəqil araşdırmaçılarla müzakirə aparması ən azından qarşılıqlı informasiya mübadiləsi baxımından çox yaxşıdır.

Nərgiz,

Sitat.info

 



Xəbər xətti