Hərbi eskpert: "Azərbaycanın tək seçimi antiterror əməliyyatlarının keçirilməsidir"

17:16 19 İyun 2023

"Ermənistanın şərti sərhədlərimizdə, o cümlədən Laçında törətdiyi təxribat Rusiyanın fəaliyyəti kimi qiymətləndirilməlidir".

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Alparslan İmamqulu deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazdan çəkilmək istəməyən Rusiya, mövcud vəziyyətdə Ermənistanın bir sıra siyasi dairələrinə etdiyi kimi, ordusuna da nüfuz etməkdədir: "O, istədiyi vaxt, istədiyi istiqamətdə diqtə edərək bu cür əməllər törətməklə bölgənin sülh şansını aradan qaldırmaq və bir növ daimi qarşıdurma yaradaraq rus sülhməramlılarına ehtiyac olmasına zərurət yaratmaqdadır. Başqa bir hal ondan ibarətdir ki, Paşinyan bu gün Qərb dairələri ilə nə qədər əlaqədə olsa da, müxtəlif dövrlərdə Azərbaycanın ərazi bütövlüyünü ifadə etsə də, bu cür halların baş verməsi Azərbaycana tək seçim buraxır. Bu da irimiqyaslı antiteror əməliyyatlarının keçirilməsidir.

Hərbi eskpert qeyd edib ki, bu cür əməliyatlar həm Qarabağda, həm də şərti sərhədlərdə mütləq şəkildə olacaqdır: "Çünki mövcud vəziyyət onu göstərir ki, təhlükəsizliyimiz risk altındadır. İstər Qarabağda, istərsə də digər bölgələrimizdə yeni investorların cəlb olunması, insanlarımızın qayıdış planı çərçivəsində geriyə dönməsi və bütün bunların təmin olunması üçün mütləq təhlükəsizlik əminliklə bərpa olunmalıdır".

Ayna Fərhad

Sitat.info



Xəbər xətti