NATO Ukraynadakı münaqişəni dondurmaq istəmirsə, qoy döyüşsün - Lavrov

17:05 20 İyun 2023

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Şimali Atlantika Alyansı (NATO) Ukraynadakı münaqişənin dondurulmasına qarşı olduqlarını deyirsə, o zaman “qoy döyüşsünlər”.

Sitat.info xəbər verir ki, Rusiya XİN rəhbəri jurnalistlərə bildirib.
Əgər NATO, Alyansın baş katibi Yens Stoltenberq vasitəsilə bir daha bəyan etsə ki, onlar Ukraynadakı münaqişənin dondurulmasının əleyhinədirlər, deməli, döyüşmək istəyirlər. Yaxşı, döyüşsünlər!”

Rusiya diplomatiyasının rəhbəri vurğulayıb ki, Kreml buna hazırdır. "Biz Ukrayna ətrafında yaranmış vəziyyətdə NATO-nun məqsədlərini çoxdan başa düşürük. Bu məqsədlər dövlət çevrilişindən sonra uzun illər formalaşıb. İndi NATO onları həyata keçirməyə çalışır", - o deyib.

Lavrovun sözlərinə görə, Qərbdə bəzi siyasətçilər və ekspertlər tədricən “ayıqlaşır və yer üzündə baş verənlərin əsl səbəblərini anlayırlar: "Onlar Rusiyaya qarşı müharibə aparmadıqlarını bəyan etsələr də, əslində, Ukrayna rejiminə silah verir, kəşfiyyat məlumatları verməklə məhz bunu edirlər. Onlar bunu etməsəydi, Ukraynadakı vəziyyət çoxdan başa çatmışdı. Bu, əslində onların Rusiyaya qarşı elan edilmiş hibrid müharibənin  birbaşa iştirakçısı olduqlarının etirafıdır”.

Məğrur,

Sitat.info



Xəbər xətti