"Konstitusiyanın 14-cü maddəsində deyilir: Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Konstitusiyanın bu maddəsinin pozulduğunu əyani şəkildə görürükmü? Cavab aydındır. Gədəbəydəki hadisə təbii ehtiyatların istismarı zamanı vətəndaşların Konstitusiya ilə müəyyən edilən təhlükəsiz yaşamaq hüququnun da pozulmasının göstəricisidir. (31-ci maddə)".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
O bildirib ki, təkcə dünənki hadisəyə görə, Konstitusiyanın bir neçə maddəsinin pozulması üzə çıxdı: "Gələk "Polis haqqında" qanunla polisin yaşlı adamın gözünə qaz sıxması arasında paralellik aparmağa. Mən heç zaman "ictimai rəy belə düşünür deyə, mən də belə mövqe bildirim" fikrində olmamışam. "Polis haqqında" qanunun 26-cı maddəsində polisin xüsusi vasitələr tətbiq edə biləcəyi hallar göstərilib. Dünənki video ilə qanunun həmin maddəsini tutuşdurub müqayisə aparanda görürük ki, bu hal qanunsuzdur".
Məğrur,
Sitat.info