"Polislə vətəndaşı üz-üzə qoyub, özləri kənara çəkilirlər" - Tural Abbaslı

17:40 21 İyun 2023

"Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrdə Gədəbəy RİH, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli hüquq-mühafizə orqanları, zavodun rəhbərliyi -hamısı bu məsələdə səhlənkarlıq ediblər. Buna görə vəziyyət bu həddə çatıb. Bu məsələ dövlətin imicinə nə qədər zərbə vurur, Azərbaycanda insan haqları məsələlərində hesabatlara salınacaq". 

Bu sözləri Sitat TV-nin canlı yayımında qonaq olan Ağ Partiya başqanı Tural Abbaslı deyib.

O qeyd edib ki, ümumiyyətlə, elə bir situasiya yaratmaq lazım deyil ki, polislə vətəndaş üz-üzə gəlsin: "Bəzi məmurlar üzərlərindəki məsuliyyəti atırlar, polislə vətəndaşı qarşı-qarşıya qoyurlar. Zavod rəhbərliyi, Ekologiya Nazirliyi, yerli aidiyyatı qurumlar qalıb kənarda, polis tənqid hədəfi olub... Halbuki, bir kənddə çayın kənarından bir yük maşını daş yığanda, Ekologiya Nazirliyi, icra hakimiyyəti kəndlinin başının üstünü kəsir. Bir sözlə, güc strukturlarını zərbə altına salırlar. Təbii ki, polisin davranışlarında da problem var. Yolverilməzdir"

 Sitat.info T.Abbaslının həmin çıxışını təqdim edir:

Məğrur,

Sitat.info



Xəbər xətti