"Azərbaycanla sərhəddə ABŞ bayrağının qaldırılması daha çox Rusiyaya mesajdır" - Sərdar Cəlaloğlu

18:11 21 İyun 2023

"Azərbaycan sərhəddi yaxınlığında Ermənistan bayrağı ilə yanaşı ABŞ bayrağının qaldırılması Rusiyaya ciddi mesajdır. Çünki Rusiya Ermənistanı özünün strateji müttəfiqi hesab edir".

Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, Rusiya uzun illər, o cümlədən Sovet dövründə də Azərbaycanın təbii sərvətləri hesabına Ermənistanı inkişaf etdirib: "Bizdən alınan torpaqlar hesabına Ermənistan dövləti yaradıb. Sonra Azərbaycan ərazilərinin işğal edilməsi zamanı Ermənistana dəstək verib. Bu gün orada ABŞ bayrağının olması artıq Ermənistanın yeni müttəfiqinin Rusiya yox, ABŞ olduğunu göstərir". 

S.Cəlaloğlu vurğulayıb ki, bizimlə sərhəddə ABŞ bayrağının olması bizi narahat etmir, orada kimin bayrağının olmasının fərqi yoxdur: "Öz haqlarımızı dişimizlə, dırnağımızla da olsa əldə etməliyik. Mən bunu Azərbaycana qarşı bir mesaj kimi yox, Rusiyaya qarşı bir mesaj kimi dəyərləndirirəm". 

Nərgiz,

Sitat.info



Xəbər xətti