Ukraynanın Xarkov vilayətində Rusiya Silahlı qüvvələrinin tankı içində iki uşaqla gedən bir ailənin olduğu avtomobili vurub.
Sitat.info xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş prokurorluğunun “Facebook” səhifəsində məlumat yayılıb.
Gələn informasiyalara görə tankın yaxınlaşdığını görən ailə ağ bayraq qaldırıb və mülki insanlar olduğunu çığırıb. Lakin tank ekipajı buna məhəl qoymayaraq atəş açıb və nəticədə 9 yaşlı qız uşağı həlak olub, 17 yaşlı gənc oğlan ağır yaralanıb.
Suma vilayətində isə rus hərbçiləri velosipedlə xəstəxanaya tələsən ər-arvad pensionerləri gülləboran ediblər.
unun nəticəsində 59 yaşlı qadın yerindəcə keçinib, onun həyat yoldaşı isə ağır yaralanıb.