Müharibədə ŞOK hadisə-rus əsgəri Ukrayna tərəfinə tank satıb
Rusiya-Ukrayna müharibəsində maraqlı hadisə baş verib.
Sitat.info yerli mediaya istinadən xəbər verir ki, Rusiya ordusunun əsgəri xidmət etdiyi tankı Ukrayna Silahlı qüvvələrinə təslim edib.
Ukrayna Daxili işlər nazirliyinin müşaviri Viktor Andrusiv hadisənin vaxt və yerini deyə bilməyəcəyini söyləyib.
Onun sözlərinə görə, Ukrayna Milli polisi rusların yerli telefon şəbəkələri ilə danışıqlarını izləyir və onlara hər gün təslim olmaları ilə bağlı mesajlar göndərir.
“Bir neçə gün bundan öncə “Mişa” adlı birisi həmin nömrələrdən birindən zəng vurdu və tank təslim edəcəyini söylədi. Biz bu barədə Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinə məlumat verdik. Daha sonra xüsusi təyinatlılar hadisə yerinə gedərək onu yaxladılar. Dronlar vasitəsilə biz hər hansı bir tələ qurulmadığına da əmin olduq. Məlum oldu ki, tankın ekipajından cəmi bu qalıb, qalanları isə fərarilik edib. Həmin adam artıq döyüşməyin mənasız olduğunu deyir”,-deyə Viktor Andrusiv bildirib.
Ukrayna rəsmisinin sözlərinə görə “Mişa” müharibədən sonra Ukrayna ərazisində rahat şəraitdə yaşaya biləcək. Bundan başqa onu tankı təslim etməsinə görə 10 min ABŞ dolları mükafat gözləyir.