"Rus ordusu məğlubiyyətə düçar olanda sülhməramlılar başlarını salmağa kol tapmayacaqlar"- Qabil Hüseynli

18:12 22 İyun 2023

"Rusiya Qarabağdakı əhaliyə, o cümlədən separatçılara müxtəlif vədlər verir, dözün deyir. Deyirlər ki, uzağı ilyarıma sizə Rusiyanın vətəndaşlıq pasportlarını paylayacağıq. Rusiya  mətbuatına diqqət yetirdikdə görürük ki, siyasilərin bir çoxu bu ərazini utanmadan, çəkinmədən rus torpağı hesab edirlər. Bunun ətrafında müxtəlif rəvayətlər, nağıllar söyləyirlər". 

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

Politoloqun  fikrincə, ruslar ümidlərini ona yönəldiblər ki, Ukrayna müharibəsindən sonra da nələrsə olacaq, ancaq onların gözləntilərinin heç biri olmayacaq: "Hər şey gözlərində qalacaq. Ukrayna ordusu heç bir şübhə olmadan Rusiya üzərində qələbə qazanacaq. Rus ordusu böyük məğlubiyyətə düçar olacaq. Bunun ardınca Rusiyada çox ciddi, dağıdıcı proseslərə rəvac veriləcək. O zaman Putinin buradakı sülhməramlıları başlarını soxmağa kol tapmayacaqlar".

Q.Hüseynli vurğuladı ki, onlar indi proseslərə mane ola, ləngidə, qızışdırıcı fəaliyyət göstərə bilirlər: "İndi sülhməramlıları qanunsuz erməni dəstələrini tez-tez  müxtəlif postlara daşıması , müxtəlif ürəkbulandıran hərəkətlərə əl atması da göstərir ki, Rusiya burada sülh, yox dağıdıcı proses həyata keçirir". 

Nərgiz,

Sitat.info



Xəbər xətti