"Oğlum 1985-ci il təvəllüdlü Əmirli Murtuza Sadiq oğlu həkim məsuliyyətsizliyi üzündən ölümdən dönüb. Bu ilin dekabr ayında oğluma böyrək çatışmazlığı diaqnozu qoyuldu. Mart ayında böyərklərini götürdülər, o vaxtdan dializ qəbul edirdi. Oğlumu Lənakəran Rayon Diaqnostika Mərkəzinə dializ üçün apardım. Gecə saatları olduğu üçün, 3-cü növbədə olan həkimlər qəbul elədi. Oğlumu dializə qoşdular. Həmin gecə oğlumun vəziyyəti pisləşdi. O təngənəfəs idi, az qaldı ki, boğulsun. Tibbi bacıları təzyiqini ölçəndə 180 idi. Orada 5 tibb bacısı və onlara nəzarət edən Elşən həkim var idi. Elşən həkim vəzifə başında deyildi".
Bu sözləri Sitat.info-ya zərərçəkən xəstənin atası Sadiq Əmirov deyib.
O bildirib ki, baş verənlər dializ şlanqının hava çəkməsi nəticəsində olub:
"Oğlumun belə hala düşməsi boyunundakı dializ şlanqının hava çəkməsi olub. Məsuliyyətsiz həkim onu nəzarətsiz qoyub. Bu səbəbdən də oğlum şoka düşdü, gözləri yumuldu, özündən getdi. Həkimlər məsuliyyəti üstlərindən atmaq üçün Təcili Tibbi Yardıma zəng elədilər ki, xəstənin vəziyyəti ağırdır. Daha sonra uşağı Lənkəran rayon xəstəxanasına apardıq. Orada da eyni vəziyyət. Oğlum ortalıqda qaldı, nə oksigen qoşublar, nə də hər hansı yardım... Bir oksigen balonu tapa bilmədilər ki, qoşsunlar".
Əlacsız qalan Sadiq Əmirov oğlunu Bakıdakı özəl klinikaların birinə gətirib: " Daha sonra əlacsız qalıb, Bakıya, özəl klinikaya gətirdik. İndi nisbətən vəziyyəti yaxşıdır. Ancaq görmə qabiliyyəti 10 faizə düşüb. Baş həkim Maarif, baş nəzarətçi Elşən və tibb bacıları məsuliyyət daşıyır. Bu barədə Lənkaran Rayon Prokurorluğuna getdim, şikayət ərizəsi yazdım. Cavab gözləyirik".
Sitat.info sözügedən dializ xəstəsi Əmirli Murtuzanın videosunu təqdim edir:
Məğrur,
Sitat.info