2050-ci ilin pandemiyası: 1,3 milyard insan təhlükə altındadır

12:55 23 İyun 2023

ABŞ-da aparılan bir araşdırmaya görə, 2050-ci ilə qədər dünyada şəkərli diabetlə yaşayanların sayı iki dəfə artacaq və 1,3 milyard insan diabetdən əziyyət çəkəcək

Sitat.info xəbər verir ki, yeni hesablamalara görə, diabetli insanların sayı 2021-ci ildəki 529 milyondan 2050-ci ildə 1,3 milyarda keçəcək.

Yaxın 30 ildə heç bir ölkədə şəkərli diabetin səviyyəsinin aşağı düşəcəyi gözlənilmir.

Bu nəticələr "The Lancet və The Lancet Diabetes & Endocrinology" jurnallarında dərc olunub.

Mütəxəssislər bu məlumatları narahatedici adlandıraraq diabetin insanlar və sağlamlıq sistemləri üçün ciddi təhlükə törətdiyini və dünyada əksər xəstəlikləri üstələdiyini bildiriblər.

BMT 2050-ci ilə qədər dünya əhalisinin təxminən 9,8 milyard nəfər olacağını təxmin edir.

Bu o deməkdir ki, o vaxta qədər  hər yeddi və ya səkkiz nəfərdən biri diabetlə yaşayacaq.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti