"Burada hansısa qrupun iqtisadi maraqları düşünlür"- Tural Abbaslıdan karantin rejiminin uzadılmasına etiraz

14:47 23 İyun 2023

"Mən artıq bu məsələdə məntiq axtarmıram. Çünki karantin rejiminin uzadılmasının heç bir siyasi, tibbi və ya epidemioloji izahı yoxdur. Özləri də bunu artıq bilir və izah ermirlər. Sadəcə 2 ay-2 ay uzada-uzada davam edirlər".

Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib. 

Onun sözlərinə görə, görünən odur ki, karantin rejiminin uzadılması hansısa siyasi və iqtisadi qüvvələrə sərf edir və onların gəlirlərini artırır: "Əhalidən xüsusi etiraz və narazılıq görmədikcə artıra-artıra gedəcəklər. Bunu da lüzumsuz və gərginliyi artıran addımlardan biri hesab edirəm. Çünki sərhəd bölgəsində yaşayan insanların dolanışığı ağırlaşır, digər problemlər yaranır. Heç bir əsas olmadan , ÜST belə pandemiyanı ləğv etdiyi halda, dünyada koronavirus gündəmdən düşəndən sonra bizdə karantin rejimi uzadılır. Biz bunun əleyhinəyik. Burada xalqın maraqları yox, sırf hansısa qrupun iqtisadi maraqları düşünülür". 

Nərgiz,

Sitat.info



Xəbər xətti