"İstənilən halda müharibələrin təsirləri təkcə Rusiya-Ukraynanın özünə deyil, həm də Azərbaycana və digər region ölkələrinə təsir göstərir".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Rusiyanın bu müharibəyə başlaması dünyadakı ciddi iqtisadi-siyasi kataklizmlərin yenidən alovlanmasına səbəb oldu: "Nəzərə alanda ki, Rusiya Azərbaycanın qonşusudur, Ukrayna ilə bizi elə də coğrafi və mənəvi bağlar fərqləndirmir. Müharibənin hər iki tərəf baxımından istənilən nəticəsi, əlbəttə, Azərbaycana da təsir göstərəcək. Lakin nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda elə bir xarici və daxili siyasət kursu həyata keçirilir ki, dünyada baş verən istənilən ciddi dəyişikliklər fonunda ölkəmizdə hansısa mənada inqilabi bir neqativ nəticələr formalaşdıra bilməz. Çünki Azərbaycanın daxili və xarici siyasəti bütün dünyada baş verən qlobal çək-çevirlər və xaos durumuna əsasən prognazlaşdırma xarakterli, təhlil əsaslı həyata keçirilir".
Politoloq açıqlamasında bildirib ki, istənilən halda Rusiyanın məğlubiyyəti şimali Qafqaz regionunda ekspermizm və digər təhlükəli cəhdlərin alovlanmasına, Ukraniyanın məğlubiyyəti isə işğalçılıq, aqressiya siyasəti və imperializmin yenidən dirçəlməsinə, bundan da daha kəskin və daha ifrat formaya çatmağına səbəb ola bilər: "Bu baxımdan hesab edirəm ki, həm Azərbaycan həm də bütün ölkələr üçün bu müharibənin ən tez zamanda yekunlaşması daha məqbul və qəbulediləndir.
Şəms Hüseynli
Sitat.info