"Ukrayna-Rusiya müharibəsində Azərbaycanda da işğalçını dəstəkləyənlər də az deyil. Onlara sual vermək istəyirəm ki, bizim Xocalımızı, "20 yanvar" faciəsini və digər faciələri kim törədib?
Əgər onlar düşünürlər ki, bunu ermənilər təkbaşına edib, mənim onlara sözüm yoxdur. Mən Rusiya sevdalılarına səslənirəm, Rusiyada xeyli yerlər boşalıb, ölən əsgər və zabitlərin yerinə bizim Rusiya sevdalıları orada yaşaya bilərlər".
Sitat.info xəbər verir ki, bu sözləri hərbi eskpert, mehtiyatda olan polkovnik Üzeyir Cəfərov "Sitat tv"-nin canlı efirində deyib.
Sitat.info həmin videoparçanı sizə təqdim edir.