Əyləncə mərkəzinin çıxışında KÜTLƏVİ DAVA - 3 NƏFƏR ÖLDÜ

17:30 23 Mart 2022

Türkiyənin Konya şəhərinin Kadınhanı rayonunda əyləncə məkanının çıxışında iki qrupun mübahisəsi zamanı silahlı dava olub.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki, baş verən silahlı döyüşdə 3 nəfər həyatını itirib.

Hadisə ilə bağlı 4 nəfər saxlanıb, həyatını itirənlərdən birinin xəstəxanada müalicə olunduğu zaman tapança ilə öldürüldüyü məlum olub.

Hadisə yerli vaxtla saat 04:25 radələrində Kadınhanı rayonunda baş verib. Əldə edilən məlumata görə, K.T., M.A., F.Ş, Ş.Ç., N.T. və A.A.C. (adlar şərtidir) getdikləri əyləncə məkanında Ş.Ö., M.B. və K.Y. onunla borc məsələsi ilə bağlı mübahisə ediblər.

Hadisə yerinin çıxışında silahlı döyüşə çevrilən mübahisə nəticəsində Ş.Ö., K.T. və M.A yaralanıb. N.T-nin xəstəxanada həkimin müdaxilə etdiyi Ş.Ö-ni tapança ilə vuraraq öldürdüyü, atasına müdaxilə etmək üçün həkimi silahla hədələdiyi iddia edilib. K.T. və M.A. Xəstəxanada edilən müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb və dünyasını dəyişib.

Davada S.C., F.S. və K.Y. güllədən yüngül yaralanıb. Yaralılar və N.T. nəzarətə alınarkən 2 tapança, 1 ov tüfəngi və patron darağı götürülüb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.



Xəbər xətti