ABŞ-ın "FlexJobs" şirkətinin "COVID-19" epidemiyasından sonra iş şəraitinin dəyişdirilməsi ilə bağlı keçirdiyi sorğuya görə, ABŞ işçilərinin 96%-i hibrid işin onların psixi sağlamlığı üçün faydalı olduğunu düşünür.
Sitat.info xəbər verir ki, "Forbes" xəbərinə görə, onlayn iş imkanları təmin edən "FlexJobs" adlı şirkətin mütəxəssisləri əməkdaşların uzaqdan işə yanaşmasını araşdıran sorğu keçirib.
Sorğuda iştirak edən 5600 nəfərin 96 faizi ofisdə işləmək yerinə hibrid işləməyə üstünlük verib, bunun psixi sağlamlıqları üçün faydalı olduğunu bildirib.
Hibrid rejimdə işləmək istəyən 96 faizin 47 faizi distant işləməyə üstünlük verdiyi halda, 49 faizi həm ofisdən, həm də uzaqdan işləmək istəyib.
İştirakçıların yalnız 4 faizi yalnız ofisdə işləməyə üstünlük verib.
Fərqli mühitlərdə uzaqdan işləməyin psixi sağlamlıqlarına müsbət təsir etdiyini ifadə edən iştirakçıların 30%-i uzaqdan işləmənin karyeralarına müsbət təsir etdiyini düşündüklərini bildirib.
Seymur Bənnayev
Sitat.info