Rusiyanın bu davranışı əslində çarəsizlikdən doğan əsəbdən qaynaqlanır - Politoloq

13:53 7 İyul 2023

"Rusiya sülhməramlılarının Həkəri körpüsündə bayrağımızın asıldığı dirəyi aşırması Azərbaycana, suverenliyimizə və dövlət atributlarımıza qarşı hörmətsizlikdir.

Rusiyanın bu davranışı əslində çarəsizlikdən doğan əsəbdən qaynaqlanır: Laçın postunun qurulmasının qarşısını ala bilmədilər, son təxribatdan sonra postun ümumiyyətlə bağlanmasına qarşı da heç nə edə bilmədilər, indi Qarabağda yalnız öz əsgərlərinin təminatını həyata keçirə bilirlər".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib. 

A.Nərimanlı vurğulayıb ki, əllərindən bayraq dirəyini aşırmaqdan başqa heç nə gəlmir: " O da istisna deyil ki, bu cür addımlarla Azərbaycanı təxribata çəkmək, sülhməramlı kontingentlə əsgərimiz arasında qarşıdurma yaratmaq və proseslərə müdaxilələr üçün bəhanələr formalaşdırmaq istəyirlər".

Politoloq qeyd edib ki, görüntülərin 15 iyunda – Ermənistanın Laçın postunda təxribat törətdiyi gündə çəkildiyi iddia olunur, bundan sonra bayrağımızın həmin yerdə yenidən ucaldılıb-ucaldılmadığı haqda məlumat yoxdur: "Lakin bunun nə vaxt baş verməsindən asılı olmayaraq, ortada görüntülər var və Moskva bu hadisəyə görə cavab verməlidir, əks təqdirdə, analoji addımları yenidən ata bilərlər".

Məğrur,

Sitat.info



Xəbər xətti