Ukraynanın əks hücumu nə ilə nəticələnəcək?

15:52 8 İyul 2023

Müharibə uzandıqca Qərbdə yorğunluq hissi yaranmağa başlayır, ona görə də Ukraynanın hazırladığı əks-hücum strateji baxımdan çox vacibdir. 

Əgər Ukrayna əks hücumda uğur əldə edə bilməsə, qərbdəki siyasətçilər üçün Ukraynaya yardımın davam etdirilməsini müdafiə etmək dahada çətinləşəcək. Qərb və ABŞ psixoloji hüsranaya uğraya bilər.

Ukraynanın əks-hücum əməliyyatı uğurlu alınarsa və Rusiyanın nəzarəti altında olan ərazilərin bir hissəsinin qaytarılması ilə nəticələnərsə bu Qərb müttəfiqlərinin Moskvanı artıq özlərinin diqtə etdiyi şərtlər əsasında danışıqlar masasına qaytarması ilə nəticələnə bilər.

Ən rasional addımda məhz budur . 

Ukraynalılar sülh sazişinin şərtlərini artıq formalaşdırıblar. Onlar Rusiya tərəfindən işğal olunmuş ərazilərin qaytarılmasını və ölkənin bərpası üçün təzminat istəyirlər, lakin hələlik Moskva bu tələblərin heç birini müzakirə etməyə hazır deyil.

Uğurlu əks hücumdan sonra Rusiya yenə də əvvəlki mövqeyində qalarsa bu artıq Rusiyanın vabanka getməsi anlamına gələcək.

Rusiya taktiki nüvə silahından istifadə edə və yaxud müharibəyə Belarus respublikasını qoşa bilər ki, bu da artıq hərbi əməliyyatın yeni bir mərhələyə keçməsi ilə nəticələnəcək.

Hazırda hesab edirəm ki, Rusiya müharibəni dondurulmuş halda saxlamaq niyyətindədir.

Rusiyanın bəlkə də son ümidi ABŞ-da gələn il keçiriləcək prezident seçkiləridir.

Respublikaçının mümkün qələbəsi, məsələnin artıq Rusiyanın istəyinə uyğun kompromisə gəlməsi ilə yekünlaşa bilər.

Respublikaçılar Partiyasının namizədi Donald Tramp açıq şəkildə bildirdi ki, onun prioriteti müharibəni kompromis yolu ilə bitirmək olacaq.

Ancaq hələ buna zaman var. Müharibənin taleyi istənilən an dəyişə bilər.

Bunun ən bariz nümünəsi, keçən ay baş verən uğursuz çevriliş cəhdi oldu. Prigojinin ordusu Moksvaya daxil ola bilsəydi müharibə bəlkədə artıq bitmişdir.

Ancaq yeni Prigojinlərin ortaya çıxmasıda istisna deyil. Tarixdə də bunun nümunələri çoxdur.

Avtoritar hakimiyyətlər ölkəsinin ciddi çətinliklər yaşadığı şəraitdə uzun müddət yaşaya bilmirlər.

Hesab edirəm ki, müharibənin yekünlaşmasının hazırda iki variantı mümkündür.

Ya Ukraynanın qələbəsi , yada ki vəziyyətin müvəqqəti dondurulması.

Ən ehtimal olunan ssenari Ukraynanın qələbəsidir deyə düşünürəm.

Rusiyanın qalib gəlmə ssenarisi demək olar ki mümkünsüz görsənir.

Müharibə uzansa belə, müharibənin hər günü Putinin gücünü zəiflədəcək.

Rusiya artıq özünü çox zəif göstərib və hazırda onların heç bir irəllıyişləri yoxdur.

Rusiyanın son iki hərbi uğuru Soledar və Baxmut istiqamətində olmuşdur ki, onuda rus ordusu deyildə, sonradan xəyanətkar çıxarılan Prigojinin ordusu etmişdir.

Rusiya hərbi güc baxımından da artıq çox zəifləyib. Onların getdikcə daha az raketləri qalıb və onuda mənasız şəkildə Ukrayna şəhərlərini məhv etmək üçün tələf edirlər.

Rus ordusunda generallar arasında ixtilaflar da günü gündən güclənməkdədir.

Son olaraq Prigojin qiyamında şübhəli bilinən bir neçə generalın həbs olunması ilə bağlı rus mətbuatında məlumatlar yayılmışdı.

Bu artıq rus hərbi güc strukturlarında geyri stabilliyin olmasından xəbər verir.

Avtoritar rejimlər güc strukturlarına nəzarəti itirməyə başlayanda, çökməyə daim məhkum olurlar.

Siyasi şərhçi Kamran Məmmədli, 

Xüsusi olaraq Sitat.info üçün



Xəbər xətti