Rusiya rublunun dollara nisbətən məzənnəsi psixoloji həddən aşağı düşüb. Son həftələr milli valyutası kəskin ucuzlaşan Rusiyada 1 dollar almaq üçün artıq 90 rubldan çox ödəniş etmək lazımdır. Dollara nisbətən rublun məzənnəsi bu gün 92.0 olub.
Moskvada səsləndirilən nikbin açıqlamalara rəğmən sanksiyalar rublu sıxmaqdadır. Şimal qonşumuza daxil olan xarici valyutanın azalması məzənnəyə təsirsiz ötüşmür".
Bu sözləri Siat.info-ya açıqlamasında iqtisadçı alim, deputat Vüqar Bayramov deyib.
O bildirib ki, ixrac imkanları məhdudlaşan Rusiyada xarici valyutaya tələbin artması da müşahidə olunur: "Sanksiyalar genişləndikcə Rusiya iqtisadiyyatında neqativ trendlərin dərinləşəcəyi gözləniləndir. Reallıq bundan ibarətdir ki, Rusiya Mərkəzi Bankının alətləri çoxsaylı deyil və bu da intervensiya imkanlarını məhdudlaşdırır.
Rublun ucuzlaşmasının manata təsirlərinə gəldikdə isə V.Bayramov qeyd edib ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün milli valyutanın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledicidir".
Nərgiz,
Sitat.info