Ankara Ukraynanı dəstəkləsə də, Rusiya ilə əlaqələrə də diqqət yetirir - Politoloq

18:03 10 İyul 2023

"Ukrayna məsələsində Rusiya ilə Türkiyənin mövqeyi nə qədər fərqli olsa da, Rusiya yeganə NATO ölkəsi kimi Türkiyə ilə balanslı siyasi xətti davam etdirməyə çalışır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, bu gün Rusiya-Türkiyə münasibətləri bütövlükdə ən yaxşı səviyyədə dəyərləndirilə bilər: "Əlbəttə, bir NATO ölkəsi kimi Türkiyə heç bir halda Rusiyanın Ukraynadakı işğalçı siyasətini dəstəkləyə bilməz. Ancaq hər nə qədər Ukraynanı dəstəkləsə də, Rusiya ilə əlaqələrə də diqqət yetirir. Bu gün Akkuyu terminal santarlı var, Rusiya ilə Türkiyənin iqtisadi əlaqələri davam edir". 

T.İsmayılov hesab edir ki, Azov komandirlərinin qaytarılması Rusiyanın narazılığına səbəb olacaq: " Rusiya Peksovu dili ilə bu hadisəyə etiraz edib. Ancaq indiki Rusiya-Türkiyə münasibətləri sadəcə bu fakta görə korlanmayacaq. 

Məğrur,

Sitat.info



Xəbər xətti