Rusiyalı prankerlər bu dəfə Kissinceri hədəfə alıb. Belə ki, onlar özlərini Zelenki kimi təqdim edərək ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə danışıblar.
Kissincer rusiyalı prankerlərlə söhbətində ABŞ-ın Kiyevin Krımı qaytaracağına inanmadığını etiraf edib. O deyib ki, Ukraynanın Krımı qaytarmaq cəhdi eskalasiyaya gətirib çıxaracaq. ABŞ Kiyevin belə bir ehtimalına inanmır.
Sitat.info xəbər verir ki, rusiyalı prankerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Lexus) ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə Ukrayna prezidenti Vladimir Zelenskinin adından danışıblar.
Kissincerin onlarla söhbəti Telegram kanalında yayımlanıb. "Düşünürəm ki, Krımın qaytarılması eskalasiyaya gətirib çıxaracaq. Bu məsələ ilə bağlı ictimai fikir ayrılıqlarımız var idi. Xalqımızla söhbətimdən aldığım təəssürat odur ki, onlar Krımı hazırkı hücumun bir hissəsi kimi götürə biləcəyinizə inanmırlar. Bu dalana dirənmiş məsələdir”, – ABŞ-ın keçmiş dövlət katibi xəyali “Zelenski”yə istinad edərək deyib.
Eyni zamanda, Kissincerin fikrincə, “referendumun keçirilməsi məsələsini nəzərdən keçirmək olar”.
Nərgiz,
Sitat.info