Bu ilin soyuq mart ayı daha bir sürprizlə yadda qaldı. Bol qarlı mart bu dövr üçün xarakterik olmayan şaxta ilə də müşayiət olunduğundan Göygölün suyu donaraq buz bağlayıb.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Firuddin Əliyev bildirib.
"Hazırda gölün üzərində 2-3 sm qalınlığında buz qatı yaranıb ki, bu da son illərin nadir təbiət hadisələrindəndir", - deyə o bildirib.
Firuddin Əliyevin sözlərinə görə, bahar fəslində Göygölün üst hissəsinin donması turistlərin də böyük marağına səbəb olub.