"Beynəlxalq Qırmızı Xaç Komitəsi nizamnamələrində qadağan olunmuş işlə məşğuldurlar - qaçaqmalçılıqla. Ermənilərin xeyrinə müxtəlif addımlar atırlar. Adam dəhşətə gəlir, axı sənin marağın nədir? Axı sizi buraxırlar postdan. Yol açıq da olsa, bağlı da olsa gedib -gəlirsiniz. Marağınız nədir ki, qaçaqmal daşıyırsınız. Həm də bu işlər BQXK-nın Bakı ofisindən yox, Ermənistan ofisindən tənzimlənir".
Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ partiya sədri Tural Abbaslı deyib.
O bildirib ki, Qarabağa Ermənistan mərkəzli BQXK nümayəndəliyi gəlib: "O zaman buna Bakıdan iradını bildirmişdi ki, Bakı ofisindən koordinasiya edilsin, ancaq bu etiraz nəzərə alınmadı. Azərbaycan da çox humanist düşünməməlidir dünya bizə nə deyər qayğısı çəkməməlidir. BQXK-ə xəbərdarlıq edilməlidir, onu təşkil edən insanlar araşdırılmalıdır, onların fəaliyyətinə qadağa qoyulmalıdır".
Partiya sədri qeyd edib ki, bizim əraziyə gələn hər bir kəs Azərbaycan Respublikasının ərazi bütövlüyünə, bizim qanunlarımıza hörmət etməlidir: "Biz o buraxılış məntəqəsinin orada qurulması üçün 3 min şəhid vermişik, 10 min qazimiz var. Azərbaycan xalqı 44 gün müharibə aparıb. Sənin nə haqqın var ki, mənim xalqımın qanı hesabına qurduğu siyasi reallıqları heçə sayasan?!".
Nərgiz,
Sitat.info