"Azov komandirləri müharibə bitənə qədər Türkiyədə qalmalı idi. Zelenski isə onları öz təyyarəsi ilə Kiyevə gətirdi. Buna Rusiyadan müəyyən qıcıqlar oldu. Rusiya ictikmaiyyətində belə bir fikir yarandı ki, doğrudanmı Türkiyə Rusiya ilə müqaviləni pozdu. İkincisi isə Rəcəb Tayyib Ərdoğanın Ukraynanın NATO-ya üzvlüyünə haqq qazandırması oldu".
Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, bu iki məsələ çox ciddi məsələlərdir: "Türkiyənin özündə də bu məsələlər ərtrafında çox ciddi fikir ayrılıqları var. Türkiyə doğrudan da Rusiya ilə Ukrayna arasında əsas vasitəçi ola bilər. Əgər danışıqlar başlayacaqsa, Azov komandirlərinin buraxılması həmin danışıqların ilk şərtlərindən biri olacaqdı. Ukrayna o şərtlə danışıqlara başlaya bilərdi ki, Rusiya Azov komandirlərinin qaytarılmasına ciddi müqavimət göstərməsin. Həqiqətən də biz gördük ki, Rusiya elə ciddi bir müqavimət göstərmədi".
S.Cəlaloğlunun fikrincə, Ərdoğanın bu addımları Rusiyanın Azərbaycanla bağlı son vaxtlar yol verdiyi arzuolunmaz hərəkətlərə bir cavab da ola bilər. Çünki Son vaxtlar Rusiya Azərbaycanla bağlı müəyyən qırmızı xətləri keçmişdi.
Seymur,
Sitat.info