Rusiyanın Ukraynaya hücumu nəticəsində fevralın 24-dən bu günə qədər 135 uşaq həlak olub.
APA- nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, davam edən müharibədə indiyədək 184 uşaq yaralanıb.
Baş Prokurorluğun məlumatına görə, ən çox itkilər Kiyev, Xarkov, Donetsk, Çerniqov, Nikolayev, Zaporojiye, Jitomir, Xerson və Sumidədir.
"Rusiya qüvvələrinin hava və artileriya zərbələri nəticəsində 566 təhsil müəssisəsi zərər görüb, onlardan 73-ü tamamilə dağıdılıb. 230-dan çox məktəb, 155 uşaq bağçası dağıdılıb. Ən ağır vəziyyət Xarkov, Nikolayev, Sumi, Kiyev, Xerson və Çerniqov regionundadır", - Prokurorluq bildirib.