Prezident Tayyib Ərdoğan dünən NATO Liderlər Zirvə toplantısında xeyli görüşlər keçirib. Ən diqqət çəkən görüş Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə 1,5 ildən sonra baş tutan görüşü olub.
Sitat.info xəbər verir ki, 30 dəqiqə planlaşdırılan görüş bir saat davam edib.
Hər iki lider Türkiyə-Yunanıstan münasibətlərində yeni bir başlanğıc etmək qərarına gəlib. İclasda müəyyən edilən “yol xəritəsi” çərçivəsində Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (YDİK) iclasının 7,5 ildən sonra payızda Salonikidə keçirilməsi qərara alınıb.
Bundan əlavə, hərbi nümayəndə heyətləri arasında Etimad Tədbirləri danışıqları 3,5 illik fasilədən sonra bərpa olunacaq.
Görüşün yaxşı bir atmosferdə keçdiyi ifadə edilib və prezident Ərdoğan və Miçotakis bu mülayim ab-havanın davamlılığı və ardıcıllığı mövzusunda həmfikir olduqlarını vurğulayıblar. İkitərəfli münasibətlərdə son aylarda formalaşan yaxınlaşma hər iki ölkənin xeyrinədir.
Yunan jurnalistlərin suallarını cavablandıran baş nazir Miçotakis deyib ki, biz zəlzələlərdən sonra prezident Ərdoğanla Türkiyə-Yunanıstan münasibətlərini müsbət zəmində qurmaq istəyirik. Biz münasibətlərimizə müsbət perspektivdən yanaşmaq istəyirik. Yeni səhifə aça bilərik”, - deyə o bildirib.
Türkiyənin Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin inkişafının tərəfdarı olduqlarını vurğulayan Yunanıstan lideri Ankaranın da bu məsələdə səmimi niyyət nümayiş etdirdiyini bəyan edib. Miçotakis qeyd edib ki, prezident Ərdoğanla son görüşündə onda belə təəssürat yaranıb ki, Türkiyə Qərbə üz tutur.
Nərgiz,
Sitat.info