" Xankəndi Bakı ilə danışıqlara başlamalıdı və ..." - Erməni deputatdan absurd təkliflər

14:35 14 İyul 2023

 Qarabağ əhalisinin hüquqlarını qorumaq və təhlükəsizliyini təmin etmək üçün Xankəndi Bakı ilə danışıqlara başlamalıdır.

Sitat.info xəbər verir ki, bunu iyulun 14-də  Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Sarqis Xandanyan, İrəvanın Qarabağdakı mitinqlərə münasibəti ilə bağlı sualı cavablandırarkən deyib.  

Erməni deputatın sözlərinə görə, Ermənistan  tərəfi beynəlxalq tərəfdaşlarla görüşlərdə məsələ qaldırır. O, əmindir ki, Ermənistanın tərəfdaşları məqsədyönlü hərəkətlərin vaxtının yetişdiyini başa düşürlər.

“Bununla belə, bizim mövqeyimiz dəyişməz olaraq qalır. Xüsusilə,  Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi və onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı. Bununla belə, Xankəndi Bakı arasında dialoqa ehtiyac var. Məsələ bu prizmadan müzakirə olunmalıdır ki, ona beynəlxalq reaksiya verilsin”, - deyə siyasətçi bildirib.

Onun fikrincə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına bütün tərəflər ciddi əməl etməlidir. Eyni zamanda Beynəlxalq Məhkəmənin Azərbaycan tərəfindən çıxardığı qərar dərhal icra edilməlidir.

“Erməni tərəfinin vəzifəsi bu məsələləri müxtəlif platformalarda səsləndirməkdir. Məsələn, BMT Təhlükəsizlik Şurasında”, - deyə qanunverici bildirib.

O, hesab edir ki, İrəvanda və Xankəndidə yeni qərarlar verilməli, ondan sonra konkret  addımlar atılmalıdır. Bu, məsələn, Dağlıq Qarabağda beynəlxalq  güclərin geniştərkibli iştirakı ola bilər.

Komissiya rəhbərinin fikrincə, bu, Dağlıq Qarabağ əhalisinin hüquqlarının və təhlükəsizliyinin qorunmasına yaxşı təminat verə bilər.

Nərgiz,

Sitat.info



Xəbər xətti