Martın 25-ə keçən gecə Ukraynanın Dnepr şəhəri yaxınlığında hərbi hissə raket atəşinə tutulub.
SİTAT.İNFO Azərtac-a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayəti Administrasiyasının rəhbəri Valentina Rezniçenko məlumat verib.
"Dnepr kənarında yerləşən hərbi hissəyə iki raket zərbəsi endirilib", - deyə Rezniçenko əlavə edib.
Hərbi hissədə xilasedicilər işləyir.