Bir neçə gündür yağan qar Şamaxının Qızmeydan kəndində Cəbrayıl Cəbiyevə məxsus yeni tikilmiş ikimərtəbəli yaşayış evinin dam örtüyünü uçurub.
SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarinda baş verib.
Belə ki, qarın ağırlığına tab gətirməyən evin dam örtüyü uçub, mənzil qəzalı vəziyyətə düşüb. Hadisə zamanı evin 2-ci mərtəbəsi tamamilə dağılıb, birinci mərtəbəsində yeni təmir olunmuş otaqlara ziyan dəyib. Otaqların divarlarındə çatlar yaranıb. Evin tavanı, döşəməsi və içindəki əşyalar suyun altında qalıb.
Hadisə zamanı xəsarət alan olmasa da, ev sahibinə ciddi maddi ziyan dəyib.
Uçqun nəticəsində evin dam örtüyünün bir hissəsi uçaraq qonşunun həyətinə düşüb, elektrik naqilləri qırılıb.
Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.