Xalid Kazımlı: "Elzanı əsəb dispanserinə yerləşdirsəydilər, canımız qurtarardı"

00:30 21 İyul 2023

Tanınmış jurnalist, köşə yazarı, "Yeni Müsavat" qəzetinin baş redaktorunun müavini  Xalid Kazımlı müğənni Elza Seyidcahanı tənqid edib.

O, E.Seyidcahanın şeirlərinin ciddi media qurumlarında paylaşılmasına və tirajlanmasına etiraz edib.

X.Kazımli sosial şəbəkə hesabında bu sözləri yazıb:

"Əziz həmkarlar, hörmətli ziyalılar və ümumiyyətlə, abırlı adamlar! Bu adına Elza deyilən, ruhi tarazlığı yerində olmayan qadının sayıqlamalarını saytlarda dərc etməyin, burada tirajlamayın, ayıbdır. O şeylərlə həyatın dibindəki ritorikanın, ən sarsaq məkanlarda söyülən söyüşlərin heç bir fərqi yoxdur. Deyəsən, bu qadın vasitəsilə süni və paralel gündəm yaratmaq trendi var. Bir aydır millət Elza-elza deyir. Aparıb əsəb dispanserinə yerləşdirsələr, bizim də canımız dincələrdi, özü də bir az sakitləşərdi... Bayaq bir yeni  "şeir"ini paylaşıblar, oxudum, xəcalətdən yarıda saxladım..."

 

Seymur,

Sitat.info



Xəbər xətti