Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bu həftə nümayəndə heyəti ilə birlikdə Şimali Koreyanın paytaxtı Pxenyana gedəcəyi bildirilib.
Sitat.info xəbər verir ki, bu həftə Şimali Koreya Rusiya və Çin nümayəndə heyətlərini qəbul edəcək.
Şimali Koreyanın dövlət mediası KCNA-nın məlumatına görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi Rusiya nümayəndə heyəti Koreya müharibəsindən sonra elan edilən atəşkəsin 70-ci ildönümü qeyd etmələri çərçivəsində Pxenyana gedəcək.
Şimali Koreyada “Qələbə günü” kimi qeyd olunan tədbirlərdə Rusiya nümayəndə heyəti ilə yanaşı, Çindən də nümayəndə heyəti iştirak edəcək.
Bu həftə Şimali Koreyada genişmiqyaslı hərbi parad gözlənilir.
Nərgiz,
Sitat.info