"Rusiya Türkiyə əlaqələrində siyasi böhranın olacağı gözlənilən idi. Çünki iki dövlət tarix boyu maraqları üst-üstə düşəndə yaxınlaşıb. Hazırda isə, Türkiyənin öz milli maraqlarından çıxış etməsi, Moskvada narahatlıqla qarşılanıb".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Türkiyə müstəqil siyasət yürüdür, Qərblə yeni geosiyasi nizamın yaradılmasında birgə çıxış edir:
"Rusiya Türkiyə əlaqələri ümumiyyətlə hamar olmayıb.
Rusiyanın Taxıl sazişindən çıxması, Ankaranın siyasətinə mənfi təsir etmədi. Putin Ərdoğandan küsüb. Amma, bu küskünlük müvəqqətidir. Rusiyanın Türkiyəyə ehtiyacı var".
Məğrur,
Sitat.info