Sərdar Cəlaloğlu: "Azərbaycanda FETÖ deyilən bir şey yoxdur"

17:02 28 İyul 2023

"Dünyanın harasında FETÖ üzvü qaldığını Türkiyə Təhlükəsizlik Xidməti bilir".

Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. 

Onun sözlərinə görə, Azərbaycanda FETÖ deyilən bir şey yoxdur: "Var idisə də, artıq fəaliyyətlərini dayandırıblar. Azərbaycanda FETÖ-nün böyük bir şəbəkəsi var idi. Lakin FETÖ neytrallaşdırılandan sonra onun hesabına deputat, nazir və s. olanlar çox güman ki, ondan əlini üzüblər".

ADP sədri qeyd edib ki, Türkiyə bu məsələdə çox həssasdır: "Ona gör də, Azərbaycanda FETÖ-nün fəaliyyətinə Azərbaycan höküməti heç bir halda razılıq verməz".

S. Cəlaloğlu açıqlamasında deyib ki, digər Qırğızıstan, Özbəkistan kimi respublikaların Türkiyə ilə olan münasibəti Azərbaycanla Türkiyə arasında olan münasibətlər qədər yüksək inkişaf etməyib: "Ona görə də ola bilsin ki, belə respublikalarda FETÖ-nün tör-töküntüsü olsun, lakin Azərbaycanda olduğuna inanmıram".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti