Bakıda iki avtomobilin yarışmasının görüntüləri anbaan kameraya düşüb.
Musavat.com “avtosfer.az”a istinadən xəbər verir ki, martın 25-də paytaxtın Neftçilər prospektində yarışa çıxan VAZ-2106 və VAZ-2114 markalı avtomobillərin sürücüləri avtoxuliqanlıq hərəkətləri edib.
Belə ki, prospekt boyunca yüksək sürətlə yarışan sürücülər Dəniz Vağzalının qarşısında avtomobillərin arasında şou göstərməyə çalışıblar.
Lakin onların qarşısına qəfildən maneə çıxıb. VAZ-2106 markalı avtomobilin sürücüsü maneədən yayınıb qaça bilsə də, digər sürücü idarəetməni itirərək avtomobili 180 dərəcə fırladıb.
Xoşbəxtlikdən hadisə faciəsiz nəticələnib. Yaxınlıqdakı yol polisi əməkdaşları dərhal VAZ-2114 markalı avtomobilin qarşısını kəsərək sürücünü sükan arxasından kənarlaşdırıblar.
Sözügedən görüntüləri təqdim edirik: