"Separatçılardan mövqelərimizə qarşı təxribat ola bilər. Ancaq genişmiqyaslı hərbi təxribat artıq üçüncü Qarabağ müharibəsinin başlamasına şərait yaradacaq və bizim manevr imkanlarımızı artıracaq. Biz 2 ilə rus sülhməramlılarının getməsini və Xankəndiyə nəzarəti bərpa etməyimizi planlaşdırırıq. Ancaq təxribat olarsa bunu daha tez edə bilərik".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, bunu onlar da anlayırlar: "Tarixə nəzər salsaq, onlar 90-cı illərdə qeyri-bərabər şəraitdə torpaqlarımızı işğal etmişdilər. Çünki o bölgədə yaşayanlar da danışıq ki, ermənilər Koloşnikov avtomatları ilə hücuma keçəndə bizim əlimizdə sərcə vuran silahlar var idi. Bundan istifadə edərək torpaqlarımızı işğal etdilər, Xocalı qətliamını törətdilər. Azərbaycanda o zaman hakimiyyət uğrunda mübarizə gedirdi. Ancaq 30 ildə vəziyyət dəyişib. Güclü ordumuz var, komando birliklərimiz var, Tükiyə Azərbaycana dəstək verir. Ermənilər anlayırlar ki, indi 90-lar deyil. Elə bir zərbə vurarıq ki, altından çıxa bilməzlər. O zaman bizə güllə atanlar, dünyaya "Azərbaycanı dayandırın" deyə yalvarır".
Politoloq onu da əlavə edib ki, Xankəndi bölgəsindən Azərbaycanın hava məkanına qarşı təxribat və mülki təyyarələrin GPS sistemlərinin sıradan çıxarılması çox ciddi hadisədir: "Bununla bağlı Rusiyaya xəbərdarlıq edilsə də, təxribat davam edir. Bu təxribat hansısa fəlakətə səbəb olsa ermənilər bunun altından qalxa bilməyəcəklər. Eyni vaxtda 4-5 reysimizin GPS sistemində dəqiqəlik fasilə yaranıbsa, bundan nəticə çıxarılmayıbsa, deməli bu çox təhlükəlidir".
Nərgiz,
Sitat.info