Sakinlər Mehriban Əliyevaya səsləndi: "Sizin tikdirdiyiniz məktəbə su və yol çəkmirlər" (VİDEO)

15:03 1 Avqust 2023

Sitat.info-nun əməkdaşları sakinlərin şikayəti üzərində Binə qəsəbəsində, Südçülük savxozu adlanan ərazidə su və yol problemini işıqlandırıb. Belə ki, ərazidə Heydər Əliyev Fondu tərəfindən 334 nömrəli məktəb ən müasir standartlarla tikilib təhvil verilib. Lakin həm məktəbə, həm də qəsəbə  sakinlərinin evlərinə su xətti çəkilməyib. Sakinlər deyir ki, suyun 1 tonunu 7 manata alırlar və yay aylarında 120-150 manat suya pul xərcləyirlər. Halbuki su xətti çəkilsə onlar da hamı kimi 1 kubmetri 70 qəpikdən ala bilərlər. 

Qeyd edək ki, məktəbin ətraafındakı yollar asfaltlansa da bu  evlərin arasında küçələrə şamil edilməyib. Nəticədə məktəblilər palçıqlı, çamurlu yollarla təzə məktəbə yollanmalı olurlar. 

Daha ətraflı təqdim etdiyimiz reportajdan izləyə bilərsiniz.

Məğrur,

Sitat.info

 

 




Xəbər xətti