"Yevlax variantından da imtina etmələri ermənilərin mövqelərini zəiflədəcək" - Politoloq

16:51 1 Avqust 2023

"Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağ erməniləri arasında görüşün Yevlaxda keçirilməsi xəbəri təsdiqlənərsə bunu müsbət qiymətləndirmək olar. Separatçıların təzyiqi və əmri ilə hərəkət edən Qarabağ ermənilərinin Bakıda görüşmək təklifindən imtinalarından sonra məsafəcə Xankəndinə yaxın olan Yevlax variantından da imtina etmələri mövqelərini daha da zəiflədəcək".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, əsas odur ki, Yevlaxdakı mümkün görüşdə üçüncü tərəfə, o cümlədən Rusiya hərbi kontingentinin iştirakına ehtiyac yoxdur: "Yevlaxa gələn bir müddət sonra Bakıya da gəlmək məcburiyyətində qalacaq. Yevlaxda görüşə razılaşarlarsa (erməni mənbələri hələ ki, Yevlaxda görüş barədə heç bir məlumat yaymayıblar) erməni separatçılarının və Ermənistan hakimiyyətinin “yalnız üçüncü tərəfin iştirakı ilə neytral ərazidə müzakirələr aparaq” tələbindən geri çəkilməsi olacaq".

Ayna,

Sitat.info



Xəbər xətti