Ukrayna prezident aparatının müşaviri Mixail Podolyak bildirib ki, tezliklə müharibə tamamilə Rusiya ərazisinə keçəcək.
Sitat.info xəbər verir ki, Podolyak sosial media hesabında Moskvaya edilən dron hücumlarını dəyərləndirib.
Podolyak deyib: "Moskva sürətlə tammiqyaslı müharibəyə alışır və bu müharibə tezliklə tam olaraq "müharibə müəlliflərinin" (Rusiyanın) ərazisinə keçəcək və bütün borcları onlardan alacağıq
Rusiyada bundan sonra baş verəcək hər şey bir müharibədir. Obyektiv tarixi proses gedir, daha çox naməlum PUA-lar, daha çox çöküşlər, daha çox daxili qarşıdurmalar, daha çox müharibələr olacaq”.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında Kiyevin ötən gecə PUA-larla paytaxt Moskva və Moskva vilayətində həyata keçirdiyi terror aktının qarşısı alındığı bildirilib.
Moskva vilayətinin Odintsovo və Narofomonisk rayonları üzərində havada 2 Ukrayna PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu deyilib, başqa bir PUA Moskvada "Moskva Siti" biznes mərkəzinə çırpılaraq yerə düşüb.
Məğrur,
Sitat.info