"Türkiyə və Rusiya prezidentləri ikitərəfli əlaqələrin müxtləlif bəndlərini müzakirə ediblər. Bu sırada Türkiyədə yanğınlar başlayıb, Ərdoğan Rusiyanın Türkiyəyə göndərdiyi yanğınsöndürən təyyarələrə görə Putinə minnnətdarlığına bildirib. Bir tərəfdən də rus turistlərin sayı artır. Ancaq anlaşılan odur ki, telefon danışığı zamanı taxıl məsələsində razılığa gəlinməyib".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O bildirib ki, taxıl dəhlizi mövzusu Ərdoğanın əsas mövzularından biridir: "Putin taxıl anlaşmasına qayıtmaq istəmir. Bu məslədə görünür razılıq olmayacaq. Buna baxmayaraq, Putin Ərdoğanla söhbətdə Türkiyəyə səfər edəcəyini də deyib. Bu ay da ola blər, gələn ay da ola bilər".
E.Şahinoğlu əlavə edib ki, taxıl anlaşmasının imzalanmaması və davamının gəlməməsi Türkiyə ilə yanaşı Çinin də maraqlarına ziddir: "Çünki, Çin xarici işlər naziri bugünlərdə Türkiyəyə səfər etmişdi, bu mövzuda danışmışdı.Çinin özü də Ukraynadan ucuz taxıl alırdı. Bu məsələdə görünür ki, olmayacaq. Rusiya başqa variantlar təkif edir ki, İran üzərindən Bəndər Abbas limanına taxılı çıxarsın, ölkələrə satsın, amma Çin özü də Rusiyanın tərəfdaşı da olsa, taxılı Ukrayndan almaq istəyir. Bu məsələdə Rusiya Çin ziddiyəti var. Türkiyə ilə Rusiya arasında ziddiyət var. Bu ziddiyət mənə elə gəlir ki, son telefon danışığından sonra da ortadan qadırılmadı".
Məğrur,
Sitat.info