Ermənistan mediası Ermənistanın Qarabağa göndərdiyi 360 ton humanitar yükün 8 gündür sərhəddə olduğunu və hələ də bu məsələnin həllini tapmadığını yazır. Azərbaycan tərəfi isə humanitar yüklər üçün alternativ yol təklif edir. Rəsmi Bakının təklifi beynəlxalq aləm tərəfindən dəstəklənsə də, Qarabağdakı qondarma rejim və separatçı terrorçular bu yoldan istifadəni qəbul etmirlər. Bəs belə olan halda həlli yolu nədir?
Bu sualı cavablandıran politoloq Sülhəddin Əkbər bildirib ki, yollardan biri Azərbaycanın özünün humanitar yardım təklif etməsidir: "Yəni, Bərdə, Ağdam, Xankəndi yolu vasitəsi ilə. İkincisi bu prosesə, Beynəlxalq Qırmızı Xaç komitəsinin cəlb olunmasıdır. Üçüncü yol Avropa İttifaqının bu prosesə cəlb olunmasıdır. Dördüncüsü də ABŞ-ın bu prosesə cəlb olunması ola bilər. Başqa beynəlxalq təşkilatlar varz".
S.Əkbər bildirib ki, ABŞ-ın “USA” təşkilatı var və yaxud beynəlxalq yardım təşkilatları var, onlar da bu prosesə cəlb oluna bilər: " Bizim üçün hazırda əsas olan məsələnin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini tapılmasıdır.Yəni, biz ancaq o həll varinatlarına çalışmalıyıq".
Politoloq vurğuladı ki, istənilən variant Azərbaycan tərəfinin razılığı ilə olmalıdır: "Qeyd elədiyim kimi Azərbaycan varinatı var, Qırmızı Xam cəmiyyəti, Avropa İttifaqı, ABŞ və beynəlxalq humanitar yardım təşkilatlar var. Bunlar vasitəsi ilə həll oluna bilər. Amma prinsipal məsələ Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinin tapılmasıdır. İstənilən halda humanitar yardım göstərmək istəyən tərəf Azərbaycan hökuməti ilə buna razılaşdırılmalı və bu marşutu Azərbaycan hökuməti ilə birgə müəyyən etməlidir. Yəni, Azərbaycan buna razılıq verməlidir".
Məğrur,
Sitat.info