Rusiya NATO ilə qarşıdurmaya hazırlaşır?- Yenə də "Vaqner"...

10:16 3 Avqust 2023

Britaniya Müdafiə Nazirliyindən bildirilib ki, Rusiya NATO-ya qarşı mübarizə aparmaq üçün uzunmüddətli strategiya çərçivəsində Quru Qoşunlarını gücləndirməyə çalışır. Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrində yeni birləşmələr yaradılır: “Lakin Rusiyanın lazımi resurslar toplamaq imkanı azdır”. 

Müdafiə Nazirliyi Rusiya ilə NATO arasında müharibənin başlana biləcəyinə işarə vurub. Əslində bu ehtimal Ukraynadakı savaşın ilk günlərindən bəri var. 

Ehtimal edilən qarşıdurma əslində üçüncü dünya müharibəsi deməkdir və təəssüf ki, proses məhz buna doğru gedir. Çünki Ukraynadakı müharibənin yaxın vaxtda başa çatacağı gözlənilmir. 

Əslində belə bir toqquşma nə Alyansa, nə də Rusiyaya sərf edir. Çünki ehtimal edilən NATO-Rusiya müharibəsi böyük dağıntılar, təlafatlar deməkdir. Dünya buna hazırdırmı?

Məlumdur ki, NATO bu və ya digər formada əslində döyüşlərdə iştirak edir. Alyans ölkələrinin bir çoxunun Ukraynaya dəstəyi bunu deməyə əsas verir. Lakin NATO ilə Rusiya arasında birbaşa toqquşma hələ başlamayıb. Bəs belə bir ehtimal varmı? Ukraynadakı döyüşlər davam etdikcə tərəflər arasında savaş hər an başlana bilər. 
 Son zamanlar Belarusdakı “Vaqner” muzdlu hərbi təşkilatının Polşa ilə sərhəddə təxribat törədəcəyi proqnozlaşdırılır. Polşa rəsmiləri artıq buna hazırlıq gördüklərini bildiriblər. 

“Vaqner”lə bağlı müəmmalar kifayət qədərdir. Xüsusi hərbi təşkilatın Rusiyanın nəzarətində olması, yoxsa ələ alınması hələ də dəqiq deyil. Ola bilsin, “Vaqner” artıq Qərbin diktəsini yerinə yetirir. 
 Polşa ilə sərhəddə Rusiyaya məxsus özəl hərbi şirkətin ehtimal edilən sabotajı sözsüz ki, NATO- Rusiya qarşıdurmasına şərait yaratmış olacaq. 
 2020- ci il fevralın 24- də məhz Alyans ölkələrinin təhriki nəticəsində Rusiya Ukraynada bataqlığa çəkilmişdi. Eyni ssenarinin təkrarlanacağı, Rusiyanın bu dəfə Polşa bataqlığına çəkiləcəyi istisna deyil. Buna ehtiyac var?

Rusiyanın Polşada bataqlığa çəkilməsində yeganə məqsəd müttəfiq dövlətlərin Moskvaya təzyiqlərinin artırılması ola bilər. Ola bilsin, NATO- nun istədiyi də məhz budur. 

Əgər Alyansla Rusiya arasında birbaşa toqquşma başlayarsa, bu, Ankara - Moskva xəttində gərginliyə səbəb olacaq. Çünki Türkiyə NATO ölkəsidir. Elə buna görə də Türkiyə müharibənin ilk günündən bəri döyüşlərin miqyasının genişlənməsinin qarşısını almağa çalışır.

Yaxın vaxtlarda NATO ilə Rusiya arasında birbaşa toqquşma in başlayaca biləcəyini düşünmürəm. Ancaq bu ehtimal hər ötən gün artır.

Siyasi şərhçi Kənan Novruzov, xüsusi olaraq Sitat.info üçün



Xəbər xətti