"Yevlaxdakı görüş planına ABŞ razıdır, Rusiya isə..." - Siyasi şərhçi

17:10 3 Avqust 2023

"Azərbaycan hakimiyyət nümayəndələri ilə Qarabağ erməniləri arasında Xocalıda baş tutan birinci görüşdən sonra, ikinci danışıqların digər şəhərlərdə olacağı gözlənilən idi".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.

 

Onun sözlərinə görə, bir neçə şəhər görüş məkanı kimi təklif edilib, lakin ermənilər bundan boyun qaçırıb: "Ermənilərin təmaslardan yayınmasının səbəbləri sırasında Azərbaycanla Ermənistan arasındakı danışıqlarda vasitəçilik edən Qərblə Rusiyanın həmin danışıqlara calaq olmaq cəhdləri də dayanırdı". 

O qeyd edib ki, Yevxaldakı mümkün görüşlə bağlı versiyaya gəlincə, bu informasiyanın Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Antoni Blinkenin telefon danşığından sonra ortaya çıxması diqqət cəlb edir: "Görünür ki, ABŞ Azərbaycanla ermənilərin təmaslarından məmnundur, bu isə Kremlin məntiqində Rusiya üçün problemli regional gələcək deməkdir".

"Beləliklə, bu məntiqə gəlinir ki, Yevlaxdakı görüş planına ABŞ razıdır, Rusiya isə bundan narazıdır. Görüşlə əlaqədar ola bilsin ki, müəyyən texniki dəqiqləşdirmələr aparılır", - A. Kərimov açıqlamasında deyib.

Aytəkin

Sitat.info



Xəbər xətti