"Separatçıların lideri Araik Harutyunyan İkinci Qarabağ müharibəsindən sonra “vəzifəsindən” istefa verib bölgəni tərk etməyə hazırlaşırdı. Ancaq Ermənistandakı və Rusiyadakı müxtəlif siyasi mərkəzlər ona “izah” etdilər ki, indi “istefa” verməsin, çünki bununla durum daha çox Azərbaycanın xeyrinə dəyişəcək".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, üstündən 3 ilə yaxın müddət keçib, Araik Harutyunyan vəziyyətdən çıxış yolu tapa bilmir, bu mümkün də deyil, halqa onun üçün daralmaqdadır: "Araik Harutyunyan qaçmaq istəsə Qarabağı ancaq Rusiya helikopterində tərk edə bilər. Araik Harutyunyanın Ağdam-Əsgəran yoluna daş düzməsi, binasının həyətində bir neçə gün çadırda etiraz etməsi və erməniləri avtobuslara doldurub Laçın sərhəd-keçid məntəqəsinə etiraza göndərməsi son “güllələridir”. Ermənistandan əli üzülən Harutyunyan Rusiyadan Azərbaycana qarşı hərəkət gözləyir. Bunun qarşısını isə diplomatik kanallarla Bakı və Ankara almalıdır".
Seymur Bənnayev
Sitat.info