"Naxçıvan Azərbaycanın bir hissəsidir. Azərbaycanda olan problemlər eynilə Naxçıvanda da var. Ancaq həm də Naxçıvan anklav olduğuna görə Naxçıvanın özünəməxsus problemləri də var. İki tərəfdən problemlər üst-üstə gələndə Naxçıvanda yaşayanların problemləri Azərbaycanın digər bölgələrində yaşayanların problemlərindən iki dəfə artıq olur".
ADP sədri vurğuladı ki, bu səbəbdən dövlətin Naxçıvana ikiqat qayğısı olmalıdır: "Azərbaycanda bütövlükdə yaranmış sosial-iqtisadi vəziyyətlə bağlı qərarlar qəbul olunmursa, islahatlar aparılmırsa bu o deməkdir ki, faktiki olaraq Naxçıvanda da ciddi bir iş görülməyib" .
S. Cəlaloğlu hesab edir ki, Naxçıvanda ən böyük problem iş yerlərinin olmamasıdır: İkincisi orada mövcud imkanlardan, təbii ehtiyatlardan az sayda insab bəhrələnir. Eyni qanun pozuntuları, hüquqsuzluq Naxçıvanda da hökm sürür.
Sərhədlərin bağlanması, gömrük tariflərinin yüksək olması insanların yaşayışını bir qədər də ağırlaşdırır. Dövlət Naxçıvana daha çox dotasiya ayırmalıdır, insanların yaxşı yaşaması üçün şərait yaratmalıdır. Ancaq bunlar edilmir. Ümumi olaraq Azərbaycanda vəziyyət dəyişəcəyi təqdirdə Naxçıvanda da dəyişikliklərdən danışmaq olar".
Nərgiz,
Sitat.info